
10-cu həftədir ki İsraildə Netanyahu rejiminin etmək istədiyi hüquqi çevrilişə, ölkəni diktaturaya çevirmək planlarına qarşı kütləvi etiraz aksiyaları davam edir.
Gununsesi.info İsrail KİV-lərinə istinadən xəbər verir ki, dünən axşam bu aksiyalarda rekord sayda- 500 minə yaxın insan iştirak edib.
Tel-Əvivin, Hayfanın mərkəzi meydanı, əsas yollar tutulub. 9 milyon əhalisi olan ölkə üçün çox böyük rəqəmdir. İsrailin bütün müxalifəti, keçmiş baş nazir, müdafiə naziri və XİN, həmçinin məşhur alim Yuval Nuh Hərari etirazlara liderlik edir.
Ötən ilin dekabrında cüzi fərqlə baş nazir seçilən və barəsində korrupsiya ilə bağlı bir neçə araşdırma olan Netanyahuya sağlam, demokratik kəsimdən kimsə qoşulmayıb.
İddia olunur ki, Netanyahu ətrafına özü kimi irqçi və radikal dindarları yığıb.
Bu şəxslərin də məqsədi İsrailin müstəqil məhkəmə sistemini məhv edib, teokratik diktatura qurmaqdır. Bunun üçün “hüquqi islahatlar” irəli sürüldü.
Elmar Elnuroğlu
Gununsesi.info