İsraildə yüz minlərlə etirazçı HƏMAS-la razılaşmanı tələb edir

Qəzza zolağında altı girovun öldürülməsindən sonra İsrail kütləvi etirazlara məruz qalıb. Yarım milyona qədər insan Qüds, Təl-Əviv və digər şəhərlərdə nümayiş keçirərək, baş nazir Benyamin Netanyahudan HƏMAS-ın əsirliyində qalan 101 girovu evlərinə qaytarmaq üçün daha çox iş görməsini tələb edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.

Qeyd olunur ki, ölkə rəhbərliyinin əsir vətəndaşları azad edəcək atəşkəs sazişi bağlaya bilməməsi səbəbindən İsrail cəmiyyətində məyusluq artıb.

Bildirilir ki, HƏMAS onları 7 oktyabr 2023-cü ildə yəhudi dövlətinə hücum zamanı ələ keçirib.

Yerusəlimdə etirazçılar Netanyahunun iqamətgahı yaxınlığında küçələri bağlayıb və aksiya keçiriblər.

İsrail televiziyası eyni zamanda Tel-Əvivin əsas magistral yolunu bir gün əvvəl öldürülən girovların şəkilləri olan bayraqlar tutan vətəndaşlarla dolu göstərib.

 

 

Şəbnəm

Gununsesi.info