
İsraildə yüzlərlə insan koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sosial məsafə qaydasına məhəl qoymayaraq, birlikdə dini ayin icra ediblər.
Gnunsesi.org-un “İhlas Haber Ajansı”nə istinadən (İHA) məlumatına görə, Qüdsün Maa Şaarim məhəlləsinə toplaşan dindarlar Laq ba-Omer yəhudi bayramını qeyd ediblər.
Yayımlanan görüntülərdə ultra-ortodoksal yəhudilərin maska taxmadığı və sosial məsafə saxlamadıqları aydın görünür.
Son məlumatlara əsasən, İsraildə 16 506 şəxsin koronovirusa yoluxduğu aşkar olunub. 258 xəstə virusun qurbanı olub.
Gnunsesi.org