İsraildə zəlzələ oldu

  • By admin
  • 05 İyul 2018 09:23

İsrailin şimalında 4,7 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yerli vaxtla saat 22:45-də qeydə alınan yeraltı təkanların episentri Tiberia şəhərindən 7 km şimal-şərqdə,  ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.