İsraildən növbəti insan qətliamı: Daha 2 fələstinli öldürüldü / FOTOLAR

  • By arzu
  • 13 May 2023 20:24

İsrail Silahlı Qüvvələri Fələstin torpaqlarındakı qətliamlarını davam etdirir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrail silahlıları Fələstinin Qərbi Şəriə ərazisinə hücum edib. Basqın zamanı 2 fələstinli qətlə yetirilib.

HTML tutorial

Fələstinin Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada bildirilib ki, hücum köçkünlərin olduğu düşərgələrə edilib.

İki nəfərin öldürüldüyü hücum zamanı, adha 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Bununla da, bu ilin başlanğıcından işğalçı İsrail qüvvələrinin qətlə yetirdiyi fələstinlilərin sayı 150-yə çatıb.