İsrail işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhər bölgəsində 200 fələstinliyə xəbərdarlıq məktubu göndərərək, “öz evlərini və ya evlərinin bir hissəsini sökmələri” ilə bağlı göstəriş verib.
Gununsesi.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatında Məscidül-Əqsanın yerləşdiyi İçərişəhər bölgəsində yaşayan 200 fələstinli ailəyə İsrail rəhbərliyinin göndərdiyi söküntü qərarı ilə bağlı məlumat verilib.
Fələstinlilərə göndərilən bildirişdə bəzi evlərin tamamilə, bəzilərinin isə qismən söküləcəyinə dair məlumatların olduğu, sözügedən evlərin sökülməsi üçün fərqli müddətlərin verildiyi bildirilib.
Fələstinlilərdən evlərini özləri sökmələri istənilib, əks halda İsrail səlahiyyətliləri tərəfindən söküləcək və ağır cərimələr tətbiq ediləcəyi bildirilib.
İşğal altındakı Şərqi Qüdsdəki fələstinlilərə abadlıq icazələri ilə bağlı çətinlik yaradan və onların müraciətlərinin demək olar ki, hamısını rədd edən İsrail səlahiyyətliləri, minlərlə fələstinli evini “lisenziyasız” olduqlarını əsas gətirərək sökməklə hədələyir.
Fələstin mənbələri 1967-ci ildən bəri Şərqi Qüdsdə fələstinlilərə məxsus 5 mindən çox evin İsrail qüvvələri tərəfindən dağıdıldığını bildirir.
Fələstinlilər İsrail bələdiyyəsinin sözügedən əməlinin heç bir hüquqi əsası olmadığını vurğulayaraq, bunu “İsrailin şəhəri qorxutmaq və yəhudiləşdirmək siyasətinin bir hissəsi” hesab edirlər.
Gununsesi.info