İsraildən ilk dəfə: Bu xəbəri təsdiqlədi – FOTO

  • By admin
  • 14 Noyabr 2023 14:28

İsrail ordusu HƏMAS-ın 7 oktyabr reydindən bəri girov saxladığı əsgər Noa Marcianonun kimliyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu, müharibə başlayandan bu yana ordusunun 24o girovdan birinin kimliyini təsdiq etdiyi ilk hadisədir.

İsrailin açıqlaması HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının 19 yaşlı qadın əsgərin girov götürülməsi ilə bağlı görüntüləri paylaşmasından sonra gəlib. Bu gün günorta saatlarında İsrail ordusu yeni açıqlama verib və 19 yaşlı əsgərin ölümünü təsdiqləyib.

Qəssam briqadaları Noa Marcianonun İsrailin hava hücumu nəticəsində öldüyünü bildirib.

Gununsesi.info