İsrail ordusu Livanın daxili hissəsində yerləşən Rihan kəndinin bəzi nöqtələrinə hava zərbəsi endirib.
Gununsesi.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan məlumata görə, İsrail döyüş təyyarələri Cənub vilayətinin Cezzin rayonunun Rihan kəndini hədəf alıb. Kəndə hava hücumu nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik heç bir məlumat verilməyib.
Rihan kəndi İsrail sərhədindən təxminən 25 kilometr aralıda yerləşir. İsrail ordusu oktyabrın 8-dən etibarən xüsusilə Livanın cənubundakı sərhəd bölgələrindəki Hizbullah hədəflərini vurur. Rihan kəndinə hücumla İsrail ikinci dəfə hücumlarını Livanın içərilərinə doğru genişləndirib.
Hizbullah Livanın cənubundan İsrailin Es-Smake hərbi məntəqəsinə “uyğun silahlarla” hücum etdiyini açıqlayıb.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 100 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub. Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 23, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.
Gununsesi.info