İsrail ordusu inventarında ağ fosfor olan tüstü bombalarının olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İsrail ordusunun radiosunda bu açıqlama Ağ Evin Livanın cənubundakı hücumlarda bu cür yandırıcı materiallardan istifadə edilməsi ilə bağlı narahatlığını ifadə etməsindən sonra verilib. “Bizim ağ fosfor ehtiva edən, kamuflyaj məqsədi ilə hazırlanmış, hücum və ya yanğın törətmək məqsədi daşımayan tüstü bombalarımız var”, – deyə açıqlamada bildirilib.
Açıqlamada İsrail ordusunun bir çox Qərb ordusu kimi beynəlxalq hüquqa görə qanuni olan ağ fosfor ehtiva edən tüstü bombalarına sahib olduğu qeyd edilərək, bunların qanuni olaraq yandırıcı silah olaraq təyin olunmadığı iddia edilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirilən mətbuat konfransında İsrailin Qəzzada ağ fosfor bombası istifadə etməsi xəbərindən narahat olduqlarına diqqət çəkərək, bunun hərbi məqsədlər üçün istifadə oluna biləcəyini, ancaq bunun minimuma endirilməsi üçün hər şeyin edilməsi lazım olduğunu bildirib.
ABŞ-ın ağ fosfor kimi maddələrin qanuni məqsədlər üçün və beynəlxalq humanitar hüquqa tam uyğun istifadə ediləcəyi ümidi ilə başqa bir orduya verdiyini deyən Miller bu hadisəni də araşdırdıqlarını bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarric xüsusilə sıx məskunlaşan ərazilərdə ağ fosfor kimi silahların istifadəsindən ciddi narahat olduqlarını bildirib.
Fələstinin Əl-Əqsa televiziyasında dekabrın 8-də yayımlanan xəbərdə İsrailin çox sayda mülki vətəndaşın qaldığı Cibaliya Qaçqınlar Düşərgəsindəki məktəbə hücumunda “fosfor və tüstü bombalarından” istifadə etdiyi bildirilib.
Gununsesi.info