İsraildən quru əməliyyatı etirafı: HƏMAS-ın əlində olan girovların sayını AÇIQLADILAR

  • By admin
  • 30 Oktyabr 2023 12:18

İsrail ordusunun sözçüsü Daniel Haqari HƏMAS-ın saxladığı girovların sayının 239-a yüksəldiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Haqari Qəzzada 239 nəfərin girov olduğunu deyib. Girovların ailələriə məlumat verildiyini qeyd edən Haqari onların arasında xarici işçilərin də olduğunu bildirib.

“Biz quru əməliyyatını tədricən genişləndiririk. Əsgərlərimizin həyatını zəmanət altına almaq üçün əlimizdən gələni edəcəyik”, – deyə o əlavə edib.

Haqari dünən Qəzzanın şimalında keçirilən əməliyyatlarda HƏMAS-ın taktiki səviyyəli komandirləri də daxil olmaqla, onlarla üzvünün öldürüldüyünü bildirib.

İsrail daha əvvəl bildirmişdi ki, Qəzza zolağı yaxınlığında əsgər və polis də daxil olmaqla 230-dan çox adam HƏMAS-ın əlindədir.

Gununsesi.info