İsraildən savaşın gedişatını dəyişdirən həmlə: HƏMAS liderinin evini… – FOTO

41 gündür Qəzzanı bombalayan və bir müddət əvvəl bölgənin ən böyük xəstəxanası olan “Şifa”ya basqın edən İsrail ordusundan diqqətçəkən bir iddia gəlib.

Gununsesi.info xəbər verir ki, ordu sözçüsü Daniel Haqari HƏMAS lideri İsmayıl Haniyənin evinə bombalı hücum olduğunu açıqlayıb.

İsrail ordusunun sözçüsü Daniel Haqari “X” sosial media platformasında diqqətçəkən görüntülər paylaşıb. Mühasirədə olan Qəzza zolağında Həmas lideri İsmayıl Haniyənin evinə hava hücumu təşkil etdiyini bildirən Haqari İsrail döyüş təyyarələrinin Qəzza zolağında Haniyənin evini bombaladığını iddia edib.

Hücum anının görüntülərinin də paylaşıldığı açıqlamada sözügedən evin bəzən “Həmasın yüksək səviyyəli şəxsləri üçün görüş yeri” kimi istifadə edildiyi bildirilib. Yerli mənbələr HƏMAS lideri Haniyənin hücum zamanı Qəzza zolağının kənarında olduğunu bildirib.

Gununsesi.info