İsrail ordusu Qəzza zolağında altı gündür davam edən “humanitar atəşkəs”in uzadıldığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS ilə atəşkəsin daha çox girovu azad etmək səyləri fonunda davam edəcəyini bildirib.
İsrail ordusundan verilən açıqlamada bu ifadələr yer alıb: “Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmə səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq atəşkəs davam edəcək”.
Razılaşmanın bir hissəsi olaraq, HƏMAS döyüşlərin dayandırıldığı hər əlavə gün üçün ən azı 10 girovu azad etməli olacaq.
Məsələ ilə bağlı HƏMAS-dan “Atəşkəsi 7-ci gün uzatmağa razılaşdıq” ifadəsi verilib.
Gununsesi.info