İsraildən təhlükəsizlik bölgə AÇIQLAMASI: Mahmud Abbas 3 şərt irəli sürdü

  • By admin
  • 27 Dekabr 2023 10:52

İsrail Nazirlər Kabineti bildirib ki, İsrailin cənubunda Qəzzaya paralel olaraq müvəqqəti təhlükəsiz zona yaradılmalıdır. Fələstin Muxtariyyətinin lideri Abbas Qəzzada məsuliyyəti öz üzərinə götürmək üçün üç şərt təklif edib.

Gununsesi.info xəbər verir ki, İsrail Nazirlər Kabinetinin  sözçüsü Ofir Gendelman “Qəzzanın tərksilah edilməli və İsrailin cənubunda Qəzzaya paralel müvəqqəti təhlükəsiz bölgə yaradılmalıdır” deyib.

Fələstin rəhbərliyinin Qəzzanı silahsızlaşdırmasını gözləməyin aldatmaca olacağını deyən Gendelman bildirib ki, “Fələstin rəhbərliyinin İordan çayının qərb sahilində İsrailə qarşı terroru dəstəklədiyini və fələstinli uşaqları İsraili məhv etmək ideologiyası ilə böyütdüyünü” iddia edib.

İsrailin Qəzzaya hücumlarından sonrakı dövrlə bağlı Gendelman deyib ki, “İsrail yaxın gələcəkdə Qəzza zolağında təhlükəsizlik məsuliyyətini öz üzərinə götürəcək, onlar Fələstin cəmiyyətinin terrorçulara deyil, terrorla mübarizəyə dəstək verməsini istəyirlər və bunun üçün cəsur və mənəvi Fələstin rəhbərliyi formalaşmalıdır”.

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Misirin “On” kanalına verdiyi müsahibədə bildirib ki, Qəzzada məsuliyyəti öz üzərinə götürmək üçün hücumlar tamamilə dayandırılmalı, humanitar yardımlar çatdırılmalı və fələstinlilərin deportasiyasının qarşısı alınmalıdır.

Qəzzada hücumların tamamilə dayandırılmasını və humanitar yardımların çatdırılmasını istədiklərini ifadə edən Abbas fələstinlilərin vətənlərini tərk etmələrinin qarşısının alınmasını istəyib. İsrailin Qəzzanı tərk edəcəyi təqdirdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirən Abbas, Fələstin rəhbərliyinin vahid Fələstin dövləti olaraq Qəzza, İordan çayının qərb sahili və Qüdsdəki məsuliyyətlərini üzərinə götürməyə hazır olduğunu dilə gətirib.

Gununsesi.info