İsraildə 10 minlərlə insan Netanyahu hökumətinə etiraz edir

  • By admin
  • 21 Yanvar 2023 23:54

İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmənin səlahiyyətlərinin azaldılması haqqındakı qanun təklifi və sağçı politikalarına etiraz edən on minlərlə insan paytaxt Təl-Əviv şəhərində toplanıb.

Gununsesi.info xarici mətuata istinadən xəbər verir ki, çoxlu sayda Qeyri-hökumət Təşkilatları, hüquqçular, vəkillər və yüksək texnologiya sektorunun işçilərinin çağırışı ilə insanlar meydanlara axışıblar.

İsrail polisi 100 min insanın qatılması gözlənən aksiya ilə bağlı təhlükəsizlik tədbirləri alıb.

Ana müxalifət partiyasının başçısı Yair Lapid isə açıqlamasında “Ölkəmizi demokratiya ilə qoruyacağıq. Qazananadək bu işdən vaz keçməyəcəyik”, – deyə söyləyib. Paytaxtda toplanan etirazçılar “Diktatorluğa yox” və “Demokratiya” sloqanları səsləndiriblər.

Xatırladaq ki, İsraailin Ali Məhkəməsi Netanyahu hökumətinin birdən çox vəzifəyə sahiblənən Arya Derinin “vergi cinayətlərindən hökm alması üçün” hökumət kabinetində yer ala bilməməsinə qərar verməsi ilə iqtidar-məhkəmə böhranı dərinləşmişdi.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info