İsraildə koronavirusa yoluxma hallarının sayı 1442 oldu

  • By admin
  • 24 Mart 2020 11:17

İsraildə COVİD-19 virusuna yoluxanların sayı son sutka ərzində 204 nəfər artaraq 1442-ə yüksəlib.

Gununsesi.org bildirir ki, Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Bildirilir ki, 29 nəfərin vəziyyəti ağırdır, 41 nəfər sağalıb. Martın 20-də Səhiyyə Nazirliyi koronavirusa yoluxmuş ilk xəstənin ölümü barədə məlumat verib. İsrail ərazisində ilk yoluxma hadisəsi fevralın 27-də İtaliyadan qayıtmış ölkə vatandaşında aşkarlanıb.

Gununsesi.org