İsraildə qəribə qanun: Cinayət törətmiş insanlar nazir ola biləcək

  • By admin
  • 28 Dekabr 2022 16:01

İsrail Parlamenti (Knesset) maraqlı qanunla dünya gündəminə gəlib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ayrı-ayrı cinayətlərdən dolayı, ittiham edilmiş, ancaq həbs cəzası almamış insanlar bu ölkədə nazir ola biləcəklər.

Bu qanunun təsdiqlənməsi ilə vergi qaçaqmalçılığında ittiham edilən Ultra Ortodoks yəhudi partiyalarından Şas lideri Aryex Derinin nazir ola biləcəyi qənaətinə gəlinib. Derinin hökumət dönəminin ilk etapında Daxili İşlər və Səhiyyə Nazirliyinin başçısı, sonra isə Maliyə Naziri olması gözlənilir.

Bu yeni qərarla Netanyahunun qarşısındakı son əngəl də ortadan qaldırıldı.  Beləliklə, Nazirlər Kabinetində yer alması gözlənilən Aryex Derinin önünün açılması Benyamin Netanyahunun hökumət qurmasının qarşısındakı son əngəlin də ləğv edildiyi məlum oldu.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info