İsraildə sinaqoq çökdü – ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 16 May 2021 21:58

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində azı 1 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.

Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.

Gununsesi.info