İsraildən İrana MÜHARİBƏ XƏBƏRDARLIĞI

  • By admin
  • 22 Dekabr 2020 09:56

İsrail İrana xəbərdarlıq edib.

 Gununsesi.info xəbər verir ki, İsrailin Baş Qərargah rəisi Əviv Koçavi nüvə alimi Möhsün Fəxrizadənin ölümündə ölkəsini ittiham edən İranı hücumda günahlandırıb.

Bildirib ki, son zamanlarda İranın İsrailə qarşı təhdid mesajları çoxalmağa başlayıb.

“İran və onun radikal bucağındakı ortaqları İsrailə qarşı hər hansı fəaliyyət göstərsə, bunun cavabı çox ağır olacaq. İsrail ordusu ölkəyə qarşı hər hansı hücuma ortaq olanlara bütün qüvvəsi ilə cavab verəcək. Bu hücumlara veriləcək cavab və planlar hazırdır”, – Baş Qərargah rəisi qeyd edib.

Xatırladaq ki, M.Fəxrizadə 27 noyabrda Tehranda sui-qəsdə məruz qalmışdı.

İran Prezidenti Həsən Ruhani alimin öldürülməsində İsrailin əli olduğunu iddia etmiş və zamanı gələndə cavab verəcəklərini bildirmişdi.

Gununsesi.info