İsraildən İrana SƏRT XƏBƏRDARLIQ: “İmkan verməyəcəyik”

  • By admin
  • 18 Mart 2021 08:50

“İsrail özünü müdafiə etmək hüququnu özündə saxlayır. İranlıların Suriyadan ölkəmizə qarşı istifadə etməsinə icazə vermərik”.

Gununsesi.info xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Qabi Aşkenazi rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Nazir İsrailin öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib:

“İsrail özünü müdafiə etmək hüququnu özündə saxlayır. İranlıların Suriyanı ölkəmizə qarşı istifadə etməsinə icazə vermərik. Özümüzü müdafiə etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik”.

Gununsesi.info