İsraili 2018-ci ildə gözləyən böyük təhlükələr - HESABAT

  • By admin
  • 02 Yanvar 2018 12:30

Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən İsrail Beynəlxalq Təhlükəsizlik Araşdırma İnstitutu 2018-ci ildə İsrailin qarşılaşacağı mühüm təhlükələr barədə hesabat hazırlayıb.

Gununsesi.info xəbər verir ki, sözügedən hesabat İnstitutun İcraçı direktoru general Amos Yadlin tərəfindən mətbuat konfransında dövlət başçısına təqdim edilib.

Məlumata əsasən İsraili gözləyən 3 böyük təhlükə bunlardır.

1. İran, Hizbullah və Suriya rejimi ilə müharibə

2. HAMAS

3. Ölkə sərhədinə yaxınlaşan İŞİD terror qruplaşması ilə mübarizə.

İŞİD İraq və Suriyada məğlub olmasına baxmayaraq, öz üzvlərini digər ərazilərə yerləşdirib və günü-gündən İsrail torpaqlarına yaxınlaşmaqdadır. Bu da ölkədə terror təhlükəsini artırır.

Mətbuat konfransında İrana qarşı ABŞ-la əməkdaşlıq etmək mövzusunda müzakirələr aparılıb.

Hesabatda, həmçinin Fələstinlə tarixi sülh imzalamaq üçün ABŞ-ın dəstəyinin vacibliyi vurğulanıb.

Gununsesi.info