İsraili tənqid edən britaniyalı siyasətçiyə cəza 

  • By admin
  • 14 Fevral 2024 14:33

İngiltərənin ana müxalifətdəki İşçi Partiyası Qrem Consun İsraillə bağlı fikirlərinə görə parlamentə namizədliyini dayandırıb.

Gununsesi.info xəbər verir ki, ölkə mətbuatında dərc edilən xəbərlərə görə, Cons keçən il Lankaşirdə qatıldığı partiya toplantısında İsraillə bağlı verdiyi açıqlamalara görə inzibati istintaq çərçivəsində partiyasından uzaqlaşdırılıb.

İşçi Partiyası isə 2010-2019-cu illər arasında partiyanın Hyndburn millət vəkili olan Consun iclasda istifadə etdiyi və namizədliyinin dayandırılmasına səbəb olduğu iddia edilən açıqlamalarla bağlı hələlik açıqlama verməyib.

“Guido Fawkes” adlı internet saytı Consun İsrailə qarşı təhqiramiz ifadələr işlətdiyi və İsrail ordusunda döyüşən ingilis əsgərlərinin həbs edilməli olduğunu iddia etdiyi səs yazısı dərc edib. Səs yazısında Consun belə dediyi eşidilir: “Heç bir ingilis başqa ölkə üçün döyüşməməlidir. Bu, qanuna ziddir və həbs olunmalıdır”.

Digər tərəfdən, İngiltərə Xarici İşlər Nazirliyində İnkişaf və Afrika üzrə Dövlət Katibi vəzifəsində çalışan Endryu Mitçel ikili vətəndaşlığı olan Britaniya vətəndaşlarının vətəndaşı olduqları digər ölkənin qanuni olaraq tanınan silahlı qüvvələrində xidmət edə biləcəklərini təsdiqləyib.

Consun namizədliyini dayandırmaq qərarı, Leyboristlərin İsraillə bağlı şərhlərinə görə Rochdale aralıq seçkilərində də namizəd olmuş Əzhər Əliyə dəstəyini geri götürməsindən sonra verilib.

Leyboristlər Partiyası növbəti ümumi seçkilərdə Consun Lankaşir ştatının deputatı vəzifəsinə namizədliyini irəli sürmüşdü.