İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.
Gununsesi.info-ya bu barədə İsrailin Bakıdakı səfirliyindən bildirilib.
“Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir”,- məlumatda vurğulanıb.
Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.
Gununsesi.info