İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib

  • By Günel
  • 07 Oktyabr 2024 21:33

İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik “X” səhifəsindəki paylaşımında bildirib.

“HƏMAS”ın 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. Biz Bakıdakı səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular”, – səfir qeyd edib.

Gununsesi.info