
İsrailin baş naziri Binyamin Netanyahunun korrupsiya və rüşvət qalmaqalına görə həbs olunacağı ehtimal olunur.
Gununsesi.info “Jerusalem Post”a istinadən xəbər verir ki, Netanyahunun sabiq köməkçisi Ari Harov baş nazirin əleyhinə olan korrupsiya faktı ilə bağlı hüquq-mühafizə orqanlarına ifadə verəcək.
Ari Harovun ifadəsi baş nazirin həbsinə yol aça bilər. Bununla da Netanyahu baş nazir postunu itirə bilər.
11 ildir ki, baş nazir postunu qoruyub saxlayan Netanyahu son aylarda vəzifə səlahiyyətini aşmaqda, rüşvət və korrupsiya hallarına yol verməkdə ittiham olunmaqdadır. Ancaq Netanyahu ona qarşı sürülün bütün bu iddiaları rədd edir. Buna baxmayaraq, uzun müddət Netanyahunun şəxsi köməkçisi olmuş Ari Harovun prokurorluqla baş nazir və onun ailəsi ilə bağlı işbirliyinə getməsi ciddi məqamlardan xəbər verir. Çünki Harov 2015-ci ildə Netanyahu barəsində korrupsiya faktı ilə bağlı ittihamlar səsləndirdikdən sonra istefaya gedib. Harov da ona qarşı sürülən ittihamları qəbul edib, Netanyahu əleyhinə ifadə vermək qarşılığında 6 ay müddətinə həbs olunmaqla və pul cəriməsi ödəməli olacaq.
İsrailin baş naziri iş adamlarından qiymətli hədiyyələr almaqda ittiham olunur.
“Jerusalem Post” qəzetinin internet səhifəsində yazılıb ki, xalq Netanyahuya alternativlərin olmasını bilməlidir: “İsrail Netanyahudan öncə də olub, sonra da olacaq”.
Gununsesi.info