
İsrailin baş naziri Benyamin Netanyahu Ukraynadakı münaqişənin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
Bu barədə Gununsesi.info La Deulye-yə istinadən xəbər verir.
İsrail baş nazirinin sözlərinə görə, əgər Rusiya və Ukrayna tərəfləri vasitəçiliyə əl atmağın vaxtının gəldiyini və Netanyahunun faydalı ola biləcəyinə qərar verərsə, o, hər şeyi etməyə hazırdır.
Cümə axşamı Benyamin Netanyahu Romaya iki günlük səfərinə başlayır və bu səfər zamanı yerli yəhudi icması və İtaliya hökumətinin nümayəndələri ilə görüşmək niyyətindədir.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Eli Koen bildirmişdi ki, Rusiyada 600 min yəhudi kişi və yəhudi qadın yaşadığı üçün Rusiya Federasiyası onun ölkəsi baxımından regionda əsas rol oynayır.
Tərcümə: Adil
Gununsesi.info