İsrailin Baş naziri qızının koronavirusa yoluxması səbəbindən özünü təcrid edib

  • By admin
  • 26 Dekabr 2021 19:12

İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.

Gununsesi.info xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus “RİA Novosti”yə bildirib.

“Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib”, – Yonatan-Leus vurğulayıb.

Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.

Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.

Gununsesi.info