İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Məlumata görə, yaxın bir neçə saat ərzində baş nazir mətbuata rəsmi açıqlama verməlidir.
Həmçinin, çərşənbə günü İsrail parlamenti özünün buraxılması haqqında qanun layihəsini yekun oxunuşda qəbul etməlidir.
Qeyd edək ki, iyunun 20-də Naftali Bennett və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişi çərçivəsində Knessetin buraxılması və kabinet rəhbərinin səlahiyyətlərinin xarici işlər nazirinə verilməsi barədə razılığa gəliblər. İyunun 22-də parlament özünün buraxılması haqqında qanun layihəsinə ilkin oxunuşda səs verib.
Gununsesi.info