İsrailin döyüş təyyarələri Qəzzanı bombaladı – Çoxlu sayda ölən və yaralı var

  • By admin
  • 16 Noyabr 2023 14:17

Son həftələr xəstəxanaları və mülki yaşayış məntəqələrini bombalayan İsrailin bu gün Qəzza zolağının mərkəzindəki Sabra bölgəsinə hava hücumu təşkil etdiyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Fələstin Xəbər Agentliyinin məlumatına görə, hücumlarda 50-yə yaxın insan ölüb, onlarla insan yaralanıb.

Yerli mənbələr bildiriblər ki, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzindəki Sabra məhəlləsində bir məscidi hədəf alıb.

Rəsmi məlumatlara görə, İsrailin illərdir blokadada saxladığı Qəzza zolağına hücumlara başladığı 7 oktyabrdan bəri ölənlərin sayı 4710-u uşaq olmaqla 11500-ə çatıb. Təxminən 32000 nəfər yaralanıb.

Gununsesi.info