İsrailin həftələrdir bombardman etdiyi Qəzzaya dair “daimi işğal” planları gündəmdə qalmaqda davam edir.
Gununsesi.info xəbər verir ki, İsrailin Qəzzaya fələstinliləri köçürmək üçün Konqo ilə gizli danışıqlar apardığı üzə çıxıb.
Bildirilib ki, İsrail rəsmiləri fələstinlilərin Qəzzaya məcburi köçməsi üçün Konqo və digər ölkələrlə gizli danışıqlar aparır.
Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, İsrail blokadada olan Qəzza zolağına hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində Qəzzada 1,9 milyon fələstinli didərgin düşüb, 22 mindən çox insan həyatını itirib.
Digər tərəfdən, İsrail kabinetindəki ifrat sağçı şəxslər Qəzzada yaşayan fələstinlilərin “könüllü köçündən” tez-tez danışırlar.
“Zman Yisrael” qəzetinə danışan adı açıqlanmayan İsrail rəsmisi bildirib ki, “Konqo immiqrantları qəbul etməyə hazır olacaq”. Həmin rəsmi başqaları ilə danışıqlar apardıqlarını deyib.
Gununsesi.info