İsrailin “görünməmiş” hərbi büdcəsi: Hökumətdə ciddi fikir ayrılığı yarandı

  • By admin
  • 28 Noyabr 2023 17:12

İsrail hökuməti 8 milyard dollarlıq “görünməmiş” hərbi büdcəni təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, İsrailin KAN dövlət televiziyasının məlumatına görə, İsrail Nazirlər Kabineti hərbi ehtiyaclarla bağlı xərclərin ödənilməsi üçün dövlət büdcəsinə əlavəni təsdiqləyib.

Eyni zamanda, Nazirlər Kabinetinin bir sıra üzvləri yenilənmiş büdcənin təsdiqinə qarşı çıxıblar. Onların arasında oktyabrın 7-dən sonra ölkədə yaradılmış hərbi kabinetin üzvü, İsrailin keçmiş müdafiə naziri Benni Qantz da var. Bundan başqa, büdcəni baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasından olan nazirlər Nir Barkat və Ofir Akunis dəstəkləməyib.

Qeyd etmək lazımdır ki, “hərbi büdcə” İordan çayının qərb sahilindəki ultra-pravoslav və yəhudi köçkünlərin ehtiyaclarını maliyyələşdirməyi nəzərdə tutduğu üçün İsrail hökumətində parçalanmaya səbəb olub.

Gununsesi.info