
İsrail Baş Qərargah rəisi Herzi Halevinin milli təhlükəsizlik naziri İtamar Ben Qvirə “Məni hədələmə” deyə qışqırıb.
Gununsesi.info bildirir ki, İsrailin Kanal 12 televiziyasının xəbərinə görə, hadisə İsrail hökumətinin həftəlik iclasında İsrail əsgərlərinin bir həftə əvvəl Cenində bir məscidin mehrabının qarşısında mikrofonu götürərək yəhudi duaları oxuduqları gündəmə gətirilərkən baş verib.
İfrat sağçı Milli Təhlükəsizlik Naziri Ben-Gvir görüş zamanı əsgərlərə “Bu necə mümkündür? Milçəyi filə çevirdiniz, manşet etdiniz. Bu, əsgərləri incidir” deyə soruşub.
İsrail ordusunun cənub bölgəsinin komandiri Eliezer Toledano “Bu, bizim məsuliyyətimizdir və yalnız bizim səlahiyyətimizdir” cavabını verərkən, Ben Qvir yenidən “Bəli, bəli, sizin səlahiyyət və məsuliyyətinizi artıq eşitmişik” deyə cavab verib.
Baş nazir Benyamin Netanyahunun iclası tərk edərək müzakirəyə müdaxilə edərək, “Bu bəsdir, cavabı aldıq” deməsindən sonra müzakirə yenidən başlayıb.
“Əgər onlar (əsgərləri) uzaqlaşdırsalar, vay halınıza”, – deyə Ben Qvir bildirib. Daha sonra Baş Qərargah rəisi Herzi Halevi “Məni təhdid etməyin, İsrail ordusunda dəyərlərimin nə olduğuna mən qərar verəcəm” deyərək cavab verib.
Müzakirələrə təhsil naziri Yifat Şaşa-Biton da qoşularaq Ben Qvirə müraciət edib: “Onları daim tənqid etməyi dayandırın”. Ben Gvir, “Əsgərlər zərər görəndə məni tənqid etməyə icazə verilir. Bu, mənim vəzifəmdir” deyib.
Halevi də müzakirəyə müdaxilə edərək, “Ordu komandiriyəm, əsgərlərin əxlaqi və peşə qaydalarını mən təyin edəcəyəm” deyib.
İsrailin müdafiə naziri Yoav Gallant bu müzakirədən sonra X platformasındakı paylaşımında, “İsrail dövləti və ordusu çətin və mürəkkəb müharibə zamanı cəsur, əxlaqlı və təcrübəli bir qərargah rəisi qazandı” deyə yazıb.
Ben Qvir öz yazısında ona tənqidi çatdırmağın icazəli, arzuolunan və zəruri olduğu ilə bağlı cavab verib.
Gununsesi.info