İsrailin hərbi kabinetində davanın səbəbi məlum oldu

  • By admin
  • 15 Yanvar 2024 17:14

İsrailin hərbi kabinetində əsir mübadiləsi razılaşması ilə bağlı fikir ayrılıqları ilə yenidən gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Qəzetin adı açıqlanmayan mənbəyə əsaslanaraq verdiyi xəbərdə, yanvarın 13-də keçirilən hərbi kabinetinin iclasında kabinet üzvləri Benni Qantz və Qadi Eyzenkot Qəzzada saxlanılan israilli məhbusların azad edilməsi üçün HƏMAS ilə razılaşmanın tərəfdarı olduğu halda, baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant etiraz edərək bildiriblər ki, yalnız hərbi təzyiq yeni razılaşmaya gətirib çıxaracaq.

Milli Birlik Partiyasının lideri və hərbi kabinetin üzvü Gantz və partiyanın kabinet üzvü Eisenkot bəyan ediblər ki, əsirlərin geri qaytarılması üçün Həmas ilə dərhal razılaşmaya səbəb ola biləcək yeni ideyalar dəyərləndirilməlidir.

İsrail rəhbərliyinin əsirlərin sərbəst buraxılması üçün əlindən gələni etməsi lazım olduğunu iddia edən Gantz və Eisenkot israilli əsirlərin həyatının təhlükədə olduğunu iddia edib.

Netanyahu və Qalant Gantz və Eisenkota qarşı çıxıb və bildiriblər ki, HƏMAS-ın Qəzza zolağına nəzarəti bitməmiş hücumları dayandırmaq İsrailin təhlükəsizlik maraqlarına zərər verəcək.

Bundan əlavə, “Haaretz”ə danışan adı açıqlanmayan hökumət rəsmisi bildirib ki, HƏMAS ilə yeni məhbus mübadiləsi razılaşması əldə etmək üçün aparılan danışıqlarda irəliləyiş yoxdur və Qətər və Misirin təklifləri İsrailin şərtlərinə cavab vermir.

Xəbərdə HƏMAS-ın Qəzzaya hücumları dayandırmaq üçün mümkün məhbus mübadiləsi razılaşmasından istifadə etmək istədiyi, Təl-Əviv rəhbərliyinin isə bundan sonra Qəzzaya hücumlarını davam etdirə biləcək daha məhdud bir razılaşma axtarışında olduğu ifadə edilib.

Gununsesi.info