ABŞ administrasiyası İsraili Qəzzaya hücumları ilə bağlı “özəl şəkildə” xəbərdar etdiyi, ona görə də İsrailin hücumlarının yanvar ayına qədər başa çata biləcəyi bildirilib.
Gununsesi.info-nun məlumatına görə, bəzi yüksək rütbəli ABŞ rəsmiləri CNN-ə verdiyi açıqlamada ABŞ prezidenti Co Bayden administrasiyasının dünya ictimaiyyətinin etirazı nəticəsində “Qəzzaya hücumların indiki formada davam etdirilə bilməyəcəyini” İsrail rəhbərliyinə çatdırdığını bildirib.
Adlarını açıqlamayan rəsmilər bildiriblər ki, ABŞ hesab edir ki, İsrailin beynəlxalq dəstəyi saxlamaq üçün vaxt “sürətlə azalır”.
Rəsmilər buna görə də İsrailin Qəzzanın cənubunda intensivləşdirdiyi quru hücumlarının HƏMAS üzvlərinə və liderlərinə qarşı “daha dar miqyasda və daha az intensivliklə” “yəqin ki, yanvar ayına qədər” davam edə biləcəyinə diqqət çəkib.
Yüksək səviyyəli mənbələr qeyd ediblər ki, Vaşinqton və Təl-Əviv administrasiyası arasında gedən “sərt” danışıqlarda İsrailə “Qəzzada mülki itkiləri azaltmalı” mövzusunda “ciddi” xəbərdarlıq edilib.
Həftə sonu Reyqan Milli Müdafiə Forumunda etdiyi çıxışında ABŞ-ın müdafiə naziri Lloyd Ostin “İsrail liderlərini mülki əhali arasında itkilərdən və məsuliyyətsiz ritorikadan şəxsən çəkinməyə, İordan çayının qərb sahilində məskunlaşanların zorakılığının qarşısını almağa və humanitar yardıma çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə çağırıb”.
Gununsesi.info