
Livandan İsrailə keçmək istəyərkən İsrailin hava hücumu nəticəsində həlak olan 3 Türkiyə vətəndaşının ölümü ilə bağlı ex officio istintaq başladılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu Livandan İsrailə keçmək istəyərkən İsrail ordusunun hava hücumu nəticəsində 3 Türkiyə vətəndaşının öldürülməsi ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Cəsədlər ölkəmizə göndərilib, qeydiyyatda olduqları vilayətlərdə yarılma prosedurları davam etdirilir. Yarılma prosedurları başa çatdıqdan sonra sənədlərin Baş Prokurorluğumuza göndərilməsi üçün aidiyyəti Baş Prokurorluqlardan tələb olunub”.
Orxan Saffari