İsrailin keçmiş müdafiə naziri Gallant: - İsrail ordusunun Qəzzada qalması üçün heç bir səbəb yoxdur

İsrailin keçmiş müdafiə naziri Yoav Gallant deyib ki, İsrail ordusunun Qəzza zolağında qalması üçün heç bir səbəb yoxdur və İsrailin baş naziri Benyamin Netanyahu “orada qalmaq arzusu ilə” Qəzzada əsgər saxlayır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xəbərdə Gallantın əsir ailələrinə Netanyahunun məhbus razılaşmasını qəbul edib-etməyəcəyinə qərar verə biləcək yeganə şəxsin olduğunu və bu mövzuda ona təsir etməyə çalışsa da, bacarmadığını deyilir.

Orxan Saffari

Gununsesi.info