İsrailin kiber ordusu 30-dan çox ölkədə seçkilərə təsir edib – ŞOK XƏBƏR

  • By admin
  • 18 Fevral 2023 17:01

Mərkəzi İsraildə olan bir kiber manipulyasiya dəstəsinin sosial media üzərindən 30-dan çox ölkədə seçkilərə təsir etdiyi ortaya çıxdı. İsrail Özəl Qüvvələrinin üzvü Tal Hananın idarə etdiyi dəstə kəşfiyyat məlumatları toplamaq üçün elektron vo şifrəli mesajları “hack”lamaq, uydurma skandallar etmək, dezinformasiya yayma, saxta xəbər saytları qurma fəaliyyətlərini gerçəkləşdirdi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, kiber ordu 40 min xarakterli AİSM adlı bir sistem üzərində qurulub.

“The Guardian” qəzetində yazılan xəbərdə heyətin 50 yaşlı keçmiş İsrail Özəl Qüvvələri üzvü “Tal Hanan” tərəfindən yönəldiyini, heyət üzvlərinin fərqli ölkələrdə çalışdığı və Jorge taxma adını istifadə etdiyi bildirilir.

3 müxbir özlərini Afrika ölkəsi dövlət başçısının məsləhətçisi rolunda Hanan ilə əlaqəyə girərək verdikləri qanunsuz xidmət haqqında bilgi alıb.

Şirkətin işini açıqlayan Hanan aktiv kəşfiyyat, psixoloji savaş, kiralıq kompüter piratlığı, rəqəmsal casusluq, müşahidə etmə, sosial media manipulyasiyası və on-line dezinformasiyanın yayılması üçün məhsul hazırladıqlarını  vurğulayıb.

Kəəşfiyyat toplamaq üçün sənəd sızdırmaq, trol orduları dezinformasiyası və demokratik prosesi pozmaq kimi əməllərin şirkətin fəaliyyətləri arasında olduğunu açıqlayıb.

Hanan Afrika, Şimali və Cənubi Amerika, ABŞ və Avropada aktiv olaraq çalışmağa daam etdiklərini söyləyib.

“Gmail” və “Telegram” hesablarına əlçatımlı olmaq üçün kompüter piratlığı texnikalarını sərgiləyərək “hədəflənən adam haqqında kəşfiyyat toplama” metodlarından bəhs edən Hanan bu ordunun 40 mindən artıq dəstə üzvü olduğunu bildirir.

Saxta xəbər saytları quraraq kütlələri manipulyasiya etdiklərini söyləyən kiber ordunun başçısı saxta hesablar yaradaraq bunu bacardıqlarını açıqlayır.

Tərcümə: Arzu S.

Gununsesi.info