İsrailin “Kıbrıs” planı: Cənubi Kipr Rum Administrasiyası ilə danışıqlara başlayır

  • By admin
  • 20 Dekabr 2023 11:21

İsrail və Cənubi Kipr Rum Administrasiyası (GCASC) İsrailin hücumları altında olan Qəzza zolağı ilə Kıbrıs adası arasında dəniz dəhlizinin açılması məsələsini müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada xarici işlər naziri Eli Koenin Cənubi Kipr Rum Administrasiyasına səfəri çərçivəsində Rum xarici işlər naziri Konstantinos Kombos ilə görüşəcəyi bildirilib.

Açıqlamada iki ölkə arasında bir müddətdir danışıqlar aparıldığı və səfərin əsas gündəm maddəsinin “Cənubi Kiprdən Qəzza zolağına dəniz dəhlizinin açılması” olduğu bildirilib.

Kipr Rum Administrasiyasının lideri Nikos Hristodulidis noyabr ayında Fransanın paytaxtı Parisdə keçirilən humanitar yardım konfransında Kıbrıs adasından Qəzzaya dəniz yolu ilə humanitar yardım daşımaq üçün dəniz dəhlizi yaradılacağını açıqlamışdı.

Gununsesi.info