İsrailin Livanın Baalbek bölgəsinə hava zərbəsi: - 50-dən çox dinc sakin həlak olub

İsrail Livana qarşı hava hücumlarını davam etdirir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Baalbek şəhəri və kəndlərinə 30-dan çox hücum həyata keçirib.

Hücumlarda 50-dən çox dinc sakin həyatını itirib, 63 nəfər yaralanıb.

Xəbərdə Baalbek və Bekaanın bir çox bölgəsinə edilən hücumlarda müdafiəsiz mülki insanlara qarşı qırğınların edildiyi qeyd edilib.

İsrail ordusunun Baalbek rayonuna hücumları yeddinci gündür ki, davam edir.

Baalbeki Hizbullahın insan resursu kimi xarakterizə edən livanlı ekspertlər Hizbullahın burada geniş nüfuza və populyar bazaya malik olduğunu bildirirlər.

Qeyd edək ki, təxminən 3 min il əvvələ aid tarixi Baalbek şəhəri UNESCO-nun Dünya İrs Siyahısındadır.

Orxan Saffari

Gununsesi.info