İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında müvəqqəti humanitar atəşkəsdən sonra müharibə davam etməzsə, istefa verəcəyini istisna etməyib.
Gununsesi.info xəbər verir ki, ifrat sağçı siyasətçinin sözlərinə görə, bu halda “onun hökumətdə heç bir işi olmayacaq”.
O, baş nazir Benyamin Netanyahunun “müharibəsi davam etdirəcəyinə” söz verdiyi bəyanatını xatırladıb.
Bundan əvvəl Ben-Qvir sosial X hesabında İsrail və HƏMAS arasında əsirlərin mübadiləsini nəzərdə tutan razılaşmanı tənqid edib.
Bundan əvvəl Benyamin Netanyahu “Həmasın məhv edilməsini və girovların azad edilməsini” İsrailin əsas məqsədləri adlandırmışdı. Onun sözlərinə görə, “terrorçuluğu dəstəkləyən heç kim müharibədən sonra Qəzzanı idarə etməyəcək, Qəzza İsrailin gələcəyi üçün təhlükə yaratmayacaq”.
Gununsesi.info