
İsrailin Milli Təhlükəsizlik Naziri Ben Qvir Amerikaya etirazını bildirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qvir Amerika Prezidenti Co Baydenin ona və İsrail hökumətinə yönəlik tənqidlərinə qarşı çıxaraq İsrailin Amerikanın bir parçası olmadığını söyləyib.
Radikal sağçı Milli Təhlükəsizlik Naziri Ben Qvir bunları söyləyib:
“Tam olaraq necə ekstermizm tərəfdarı ola bilərəm? İsrail vətəndaşlarına özlərini qorumaları üçün silah paylayaraqmı? Əsgər və polisimizə tam dəstək verərərəkmi?. İsrail Amerikanın bir parçası deyil”.
Qvir İsrail dövlətini sevməkdə ekstermist olduqlarını qeyd edərək, Amerika Prezidentini Qüds və Əl-Xəlilini ziyarət etməyə səsləyib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Qərbi Şəriənin hər yerində məskunlaşma yerləri olmasını istəyən İsraildən olan nazirlərin problemin bir hissəsi olduğu dilə gətirmişdi. Bayden Fələstin-İsrail problemində iki dövlətli həllin doğru olduğuna inandığını vurğulamışdı.
Bayden nazir Qvir və Maliyyə Naziri Bezazexl Smotriçin ekstermizm tərəfdarı nazirlər olduğunu söyləymişdi.
Tərcümə: Arzu