
İsrailin müdafiə naziri Yoav Qallant Qəzzadakı döyüşlərdə 4 günlük fasilədən sonra bütün güclərini sərf edərək müharibəyə davam edəcəklərini bildirib.
Gununsesi.info bildirir ki, Müdafiə Nazirliyi ofisindən verilən yazılı açıqlamaya görə, Gallant, Təl-Əvivdəki nazirlik binasında italyan həmkarı Guido Crosetto ilə görüşdən sonra Qəzzada əldə olunan kompromisdən danışıb.
“Qısa bir humanitar fasilə olacaq, bundan sonra biz bütün hərbi gücümüzlə müharibəni davam etdirəcəyik. Biz HƏMAS-ı məhv etmək və əsirləri azad etmək məqsədinə çatana qədər dayanmayacağıq. 240 məhbus var (HƏMAS-ın əlində). və bu, qəbul edə biləcəyimiz və ya dözə biləcəyimiz bir şey deyil”, – deyə nazir bildirib.
Gununsesi.info