İsrailin Müdafiə nazirindən Atatürkə böyük ehtiram

  • By admin
  • 30 Oktyabr 2022 17:45

 

Türkiyədə səfərdə olan İsrailin müdafiə naziri Benni Qantz Atatürkün məqbərəsini ziyarət edib.

HTML tutorial

Gununsesi.info bildirir ki, barədə müdafiə naziri “Twitter”də bildirib.

“Türkiyəyə səfərimi Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram əlaməti olaraq məqbərəyə əklil qoymaqla başladım. Bu gün mən Türkiyə prezidenti Ərdoğan və müdafiə naziri Akarla görüşəcəyəm və onlarla ölkələrimiz arasında təhlükəsizlik əlaqələrinin məhsuldar şəkildə inkişafını müzakirə edəcəyəm.

Mustafa Kamal Atatürkün “Yurdd sülh, cahanda sülh” fikri dünyada tanınır. Anıtqəbir məqbərəsini ziyarət edərək mən öz ehtiramımı bildirirəm və bu nəcib məqsəd yolunda fəaliyyətimi davam etdirməyə sadiq olduğumu bəyan edirəm”, – Qantz deyib.

 

Gununsesi.info