İsrailin Müdafiə Nazirliyinin binası vuruldu

  • By Günel
  • 18 Yanvar 2025 22:07

Yəmən husiləri raketlə İsrailin Müdafiə Nazirliyinin binasına hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Artilleriya qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin Müdafiə Nazirliyinə “Zülfiqar” ballistik raketi ilə zərbələr endirib”, – Səriya qeyd edib.

Qeyd edək ki, İsrail ordusu isə bu gün Yəməndən atılan iki raketi zərərsizləşdirdiklərini bəyan edib.

Gununsesi.info