“İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı olub-olmadığını yoxlamağı təklif edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərini “Anadolu Agentliyi” yayıb.

“Çox gec olmadan İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”, – Türkiyə lideri vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə yoxlamanın həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, noyabrın 17-də Ərdoğan İsrailin nüvə silahına malik olduğunu açıqlayıb.

 

 

Gununsesi.info