İsrailin qəzzalılar üçün nəzərdə tutduğu deportasiya planı gündəmə gəlib. Hökumətin hazırladığı gizli müharibə planı yüz minlərlə qəzzalının Misirə məcburi köçünü nəzərdə tutur.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hökumətinin Qəzza zolağındakı 2,3 milyon insanın Misirin əsasən səhra olan Sinay yarımadasına köçürülməsini nəzərdə tutan müharibə təklifi hazırladığı ortaya çıxıb.
İsrail kəşfiyyatının 13 oktyabr tarixli təsdiq edilmiş sənədində mülki əhalinin Qəzzadan Misirə məcburi köçünün “müsbət və uzunmüddətli strateji nəticələrə səbəb olacağını” iddia edilib.
Sənəddə Qəzza zolağında mülki reallıqda əhəmiyyətli dəyişiklik etmək üçün üç alternativ təklif edilir. Digər iki alternativ isə “Qərbi Şəriyədə yerləşən Fələstin Muxtariyyətinin Qəzzada yenidən hakim olması” və ya “yerli rejimi dəstəkləmək” kimi digər iki alternativ bəzi səbəblərdən, xüsusən də “İsrailə qarşı hücumların qarşısını ala bilmədiklərindən” rədd edilib.
Sənəddə üçüncü alternativ olaraq Qəzzadakı mülki əhalinin Şimali Sinaydakı çadır şəhərciklərinə köçürülməsi, daha sonra daimi şəhərlər və qeyri-müəyyən humanitar yardım dəhlizinin tikintisi və qaçqın fələstinlilərin ölkəyə girişinin qarşısını almaq üçün İsrail daxilində təhlükəsizlik zonasının yaradılması təklif edilir. Bu alternativin İsrailin təhlükəsizlik üçün ən çox arzulanan variant olduğu ifadə edilib.
Sənəddə iddia edilir ki, Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu planı maliyyə cəhətdən dəstəkləyəcək və ya köçkün fələstinliləri uzunmüddətli perspektivdə vətəndaş kimi qəbul edəcəklər.
Sənəddə bu təklifin əvvəlcə beynəlxalq legitimlik baxımından mürəkkəb ola biləcəyi etiraf edilsə də, “dəyərləndirmələrəgörə, əhalinin təxliyyə edilməsindən sonra baş verəcək münaqişələr mülki itkilərin daha az olmasına səbəb olacaq”.
Fələstin administrasiyasının sözçüsü Nabil Əbu Rudeynə sənədlə bağlı açıqlama verib. “Hər hansı bir şəkildə, hər hansı bir yerə köçürülmənin əleyhinəyik. 1948-ci ildə baş verənlərin bir daha təkrarlanmasına imkan verməyəcəyik, – deyə o bildirib.
Rudeyn. bəyan edib ki, kütləvi miqrasiya “yeni müharibə elan etməyə bərabər olacaq”.
Təl-Əvivdəki Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun baş əməkdaşı Yoel Quzanski bildirib ki, “Bu hesabat doğrudursa, bu, böyük səhv olardı”. “Bu, İsrail və Misir arasında strateji uçurum yarada bilər”, – deyə əlavə edib.
Misir prezidenti Əbdülfəttah əs-Sisi oktyabrın 25-də ölkəsinin “Qəzzadakı fələstinliləri Misirin Sinay yarımadasına məcbur etmək cəhdlərini” rədd etdiyini bəyan edib və belə bir səyin ölkəsinin İsraillə sülhə təhlükə yaradacağı barədə xəbərdarlıq edib. Sisi hökumətinin İsrailin Qəzzaya qarşı tətbiq etdiyi su, qida və yanacağın kəsilməsi, humanitar yardımların bölgəyə daxil olmasına mane olmaq kimi blokadaları fələstinliləri Misirə sürmək planı kimi qiymətləndirdiyini deyib.
Gununsesi.info