
İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində daha bir media işçisi həlak olub.
Gununsesi.info xəbər verir ki, Fələstinin yerli mənbələrinin məlumatına görə, fələstinli jurnalist Hişam əl-Nəvacihe İsrail Hərbi Hava Qüvvələrinin Qəzzanın qərbindəki Rimal bölgəsini vurduğu anı lentə alarkən ağır yaralanıb.
İsrailin hücumları zamanı mülki şəxslərin də yaralandığı bildirilib. Jurnalist daha sonra aldığı yaralardan dünyasını dəyişib.
Bununla da İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölən fələstinli jurnalistlərin sayı 3-ə çatıb.