İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1200-ə çatıb

İsrailin blokada altındakı Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1200 nəfərə çatıb.

Gununsesi.info bildirir ki, bu barədə Qəzzanın səhiyyə nazirinin müavini Yusuf Əbu əl-Riş məlumat verib.

Onun sözlərinə görə, 5 min nəfər xəsarət alıb.

Ər-Riş ölən və yaralananların çoxunun uşaq, qadın və qoca olduğunu açıqlayıb.

Daha əvvəl Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza xəstəxanalarının yaralı vətəndaşlarla dolu olduğunu bildirib. Çoxlu yaralı çarpayı çatışmazlığı səbəbindən yerdə yatır.

“İsrail elektrik, su və yanacağın kəsilməsinə davam edir ki, bu da böyük təhlükə yaradır. Qəzza ciddi ekoloji və sağlamlıq fəlakəti ilə üzləşə bilər”, o xəbərdarlıq edib.

Səid Əhmədli
Gununsesi.info