İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 11500-ə çatıb

  • By admin
  • 16 Noyabr 2023 16:52

İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 11500 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi məlumat yayıb.

İsrailin oktyabrın 7-dən bu yana eksklavdakı hücumlarının qurbanları arasında 4710 uşaq və 3160 qadın var.

İsrailin atəşi nəticəsində 200 tibb işçisi, 22 mülki müdafiə əməkdaşı və 51 jurnalist həlak olub.

Bundan əlavə, Qəzza zolağının 29 min 800 sakini yaralanıb ki, onların da 70 faizi qadın və uşaqlardır.

İtkin düşənlərin siyahısına 3640 nəfər, o cümlədən 1770 uşaq daxildir.

Media Ofisinin məlumatına görə, İsrailin hücumları səbəbindən Qəzza zolağında 25 xəstəxana və 52 tibb mərkəzi fəaliyyətini dayandırıb. 55 təcili yardım maşını atəşə tutulub.

Gununsesi.info