İsrailin sabiq milli təhlükəsizlik rəsmisi: -“İranla müharibəyə Amerikasız hazır olmalıyıq”

İsrailin keçmiş təhlükəsizlik orqanı rəsmisinin dediklərinə görə, dünyanın dəyişdiyi bir vatda fonunda İranın sabitliyi pozan fəaliyyətləri daha da kəskinləşib.

Gununsesi.info Azadİran-a istinadən xəbər verir ki, İsrailin sabiq Milli Təhlükəsizlik müşaviri Yaakov Amidror aprelin 13-dəki çıxışında deyib ki, İranla müharibə ehtimalı getdikcə artır və biz elə bir istiqamətə doğru gedirik ki, hətta məcburiyyət qarşısında qalaraq ABŞ-ın köməyi olmadan İrana hücum edə bilərik.

O, eyni zamanda ABŞ-in İsrailə kömək etmə öhdəliyi ilə bağlı şübhələrini ifadə edərkən vurğulayıb: “Amerika proseslərdə iştirakı baxımından artıq əvvəlki Amerika deyil və iranlılar da bunu görürlər. ABŞ-ın problemləri Yaxın Şərqin problemlərindən daha çoxdur. Hazırda dünyanın İsrailə baxışı dəyişib”.

Şəbnəm

Gununsesi.info