İsrail tərəfindən saxlanılan “Azadlıq flotiliyası”nda aid gəmilərdə olan türkiyəli deputatlar Azərbaycana gətirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-in mətbuat katibi Öncü Keçeli “X” hesabında açıqlayıb.
Xatırladaq ki, “Azadlıq flotiliyası” Qəzzaya humanitar yardım aparmaq üçün sentyabrın sonunda yola çıxmışdı. 9 gəmidən ibarət olan donanmada təqribən 150 nəfər iştirakçı yer almışdı. Onlar arasında isə türkiyəli deputatlar, aktivistlər, jurnalistlər, hüquqşünaslar da olub. Oktyabrın 8-də gəmilər beynəlxalq sularda israilli hərbçilər tərəfindən saxlanılıb. Gəmilərin heyəti İsraildən deportasiya edilir.









